İsveçrə eks prezidentlərin 695 milyon dollarlıq hesablarının “donunu” açmadı

İsveçrə hökuməti Ukrayna, Misir və Tunisin keçmiş prezidentləri Viktor Yanukoviç, Hüsni Mübarək və Zin əl-Abidin bin Əli və onlarla bağlı şəxslərin hesablarını daha bir il müddətinə dondurmaq qərarına gəlib. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bu barədə İsveçrə hökumətinin saytında deyilir. Bu barədə qərar bu il dekabrın 9-da İsveçrə Federal Şurasının sessiyasının yekunları üzrə qəbul olunub. Hökumətdən qeyd ediblər ki, dondurmanın müddətinin uzadılması söhbət gedən aktivlərin qaytarılıb-qaytarılmayacağına aydınlıq gətirməlidir. 2014-cü ildən V. Yanukoviçlə bağlı hesablarda ümumilikdə təqribən 70 milyon İsveçrə frankı (təqribən 69,3 milyon dollar) dondurulub. Tunis və Misir prezidentləri ilə bağlı hesablar 2011-ci ildən dondurulub. Onların payına müvafiq olaraq təqribən 60 milyon frank (təqribən 59,4 milyon dollar) və 570 milyon frank (564 milyon dollar) düşüb.

DİGƏR XƏBƏRLƏR

Top