Hələbdə 953 silahlı amnistiya olunub

Mindən çox silahlı Suriyanın Hələb şəhərini tərk edib, onların əksəriyyəti amnistiya olunub. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiya Silahlı Qüvvələr Baş Qərargahının Baş Operativ İdarəsinin rəisi Sergey Rudski deyib. Onun sözlərinə görə, Hələbdən ümumilikdə 1096-dan çox silahlı könüllü şəkildə çıxıb, onlardan 953-ü amnistiya olunub, qalanlarına qarşı isə yoxlama tədbirləri görülür. Suriya hökumət ordusu Hələbin ərazisinin 93 faizini nəzarəti altına götürüb.

DİGƏR XƏBƏRLƏR

Top