Avropa Liqasında səbətlər müəyyənləşdi

Futbol üzrə UEFA Avropa Liqasında 1/16 final mərhələsinin püşkatma səbətləri müəyyənləşib. Qurumun rəsmi saytı xəbər verir ki, Avropanın ikinci mötəbər klub yarışının qrup mərhələsində ilk iki yerin sahibi olan 24 komanda, həmçinin Çempionlar Liqasından Avroliqaya qrup üçüncüsü kimi adlayan 8 klub püşkatma zamanı 2 səbətdə yer alacaq. Qrup qalibləri səpələnmiş, ikincilər isə səpələnməmişlər kimi bölünüblər. Digər 8 klub arasında isə reytinqinə görə bölgü aparılıb.

Türkiyə klublarının hər üçü səpələnmişlər sırasında yer alıb. “Beşiktaş” reytinqinə görə güclülər səbətinə düşsə də, “Fənərbağça” və “Osmanlıspor” tutduğu yerə əsasən bu sıraya daxil edilib. “Sarı bülbüllər” Avropa Liqasında “A” qrupunun birincisi, paytaxt təmsilçisi “L” qrupunun qalibi, “qara qartallar” isə Çempionlar Liqasında qrup üçüncüsü kimi bu mərhələyə yüksəliblər.

Avropa Liqasında 1/16 final mərhələsinin püşkatma səbətləri aşağıdakı kimidir:

Səpələnmişlər: “Kopenhagen” (Danimarka), “Lion” (Fransa), “Tottenhem” (İngiltərə), “Beşiktaş” (Türkiyə), “Ayaks” (Hollandiya),“Fənərbaxça” (Türkiyə), “Fiorentina” (İtaliya), “Osmanlıspor” (Türkiyə), “Roma” (İtaliya), “Sent-Etyen” (Fransa), “Sparta” (Çexiya), “Şaxtyor” (Ukrayna), “Şalke” (Almaniya), “Zenit” (Rusiya), APOEL (Kipr), “Genk” (Belçika).

Səpələnməmişlər: “Rostov” (Rusiya), “Legiya” (Polşa), “Borussiya Münxenqladbax” (Almaniya), “Ludoqorets” (Bolqarıstan), “AZ Alkmaar” (Hollandiya), “Anderlext” (Belçika), “Astra” (Rumıniya), “Gent” (Belçika), “Hapoel Beyer-Şeva” (İsrail), “Krasnodar” (Rusiya), “Mançester Yunayted” (İngiltərə), “Olimpiakos” (Yunanıstan), “Selta” (İspaniya), “Vilyarreal” (İspaniya), PAOK (Yunanıstan), “Atletik” (İspaniya).

Turnirin 1/16 final mərhələsinin oyunları gələn il fevralın 16-da və 23-də təşkil olunacaq. Püşkatma mərasimi dekabrın 12-də keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top