Hindistan pulların ömrünü uzadacaq

Hindistan hökuməti plastik əsasda çap edilmiş pul əsginazlarını dövriyyəyə buraxmaq niyyətindədir. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bunu Hindistanın maliyyə naziri Arcun Ram Meqhval deyib. Onun sözlərinə görə, əsginazları plastmasslar və ya polimer əsasında çap etməyə qərar verilib: “Materialın əldə olunması prosesi artıq başlayıb”. Plastmass əsginazlar gec xarab olur (kağız əsginazlardan orta hesabla 2-3 dəfə çox – 5 ilədək). Belə əsginazlar daha təmizdir və çirkə bulaşmır. Polimer pullar ilk dəfə Avtstraliyada tədavülə buraxılıb.

DİGƏR XƏBƏRLƏR

Top