Dilarə Əliyeva küçəsinin bir hissəsi bağlanacaq

Dekabrın 10-da saat 22:00-dan səhər saat 5:00-dək Dilarə Əliyeva küçəsinin Azadlıq prospekti ilə kəsişməsindən Süleyman Rüstəm küçəsi ilə kəsişməsinədək olan hissədə (Rəşid Behbudov küçəsi istiqamətində) yol bağlanacaq. Bu barədə Bakı Nəqliyyatı Agentliyi məlumat yayıb. O bildirib ki, yolun bağlanmasına səbəb Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Dilarə Əliyeva 227 ünvanında yerləşən 2-ci korpusunda aparılan təmir işləridir. Sürücülərdən yolun bağlı olduğu saatlarda alternativ olaraq 28 May küçəsindən istifadə etmələri xahiş olunur.

DİGƏR XƏBƏRLƏR

Top