“Barselona”dan ötürmə rekordu

“Barselona” oyunçuları Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin 6-cı turu çərçivəsində “Borussiya” Münhenqladbaxa qarşı matçda 991 ötürmə veriblər. “Yeniavaz.com”un xarici mətbuata istinadən verdiyi məlumata görə, bununla da “Barselona” futbolçuları ÇL-də bir oyunda ötürmə sayına görə öz rekordlarını təzələyiblər. Belə ki, Kataloniya təmsilçisinin əvvəlki rekordu 2010-cu ildə “Rubin”lə matçda 971 ötürmə olub. “Borussiya” ilə oyunda 991 ötürmədən 905-i dəqiq alınıb. Ən çox ötürməni (137) isə Xavyer Maskerano verib.

DİGƏR XƏBƏRLƏR

Top