Rusiyanın keçmiş idman naziri dopinq yoxlamaları saxtalaşdırıb

Rusiyanın keçmiş idman naziri və onun müavini Yuri Naqornıx rusiyalı idmançıların dopinq yoxlamaları ilə bağlı manipulyasiya prosesinə rəhbərlik edə bilərdilər. “Yeniavaz.com”un “Lenta.ru”ya istinadən verdiyi məlumata görə, bunu Ümumdünya Antidopinq Agentliyinin müstəqil komissiyasına başçılıq edən kanadalı hüquqşünas Riçard Maklaren deyib. Onun sözlərinə görə, adı çəkilən şəxslərin göstərişi ilə yarışdan kənar müddət ərzində toplanmış dopinq yoxlamalar qeyri-rəsmi konteynerlərdə tərtib edilməli idi: “Həmin dopinq yoxlamaların sınaqdan keçirilməsi üzrə idmançının yarışlarda “təmiz” ola bilib-bilməyəcəyi müəyyənləşirdi, əgər “təmiz” deyildisə evdə qalırdı”.

DİGƏR XƏBƏRLƏR

Top