Yaponiyada yaşlı adamları barkodla təqib edirlər

Yaponiyanın bir qəsəbəsində "Alzheimer" xəstəliyindən əziyyət çəkən yaşlı adamların dırnaqlarına barkod yapışdırılır. "Yeniavaz.com" Türkiyə mətbuatına istinadən xəbər verir ki, həmin barkodlarda yaşlı adam haqda məlumatlar yerləşdirilir. İruma adlı qəsəbədə yaşlı adamlar itdikləri vaxt onları tapmaq üçün düşünülən bu barkodda şəxsin ünvanı, yaxınlarının mobil telefonları və şəxsiyyət vəsiqəsinin seriya nömrəsi yazılır. Bu aydan etibarən bütün bu xəstəlikdən əziyyət çəkənlərin barmağına yapışdırılacaq. Qeyd edək ki, bu barkodlar ödənişsiz olaraq İruma Sosial Xidmətlər İdarəsi tərəfindən tətbiq edilir. Burada məqsəd bu xəstəlikdən əziyyət çəkənlərin yaxınlarının rahat olmasıdır. Məlumat üçün bildirək ki, dırnağa yapışdırlan barkod iki həftə suya dayanıqlıdır. Görünməməsini istəyənlərin ayaq barmaqlarına da yapışdırıla bilir. Belə tapıntıların Yaponiyada olması təsadüfi deyil, çünki, onlarda həm intellektual səviyyə, həm də yaş ortalaması yüksəkdir. Yaponiyada əhalinin 25%-i 65 yaş və ondan yuxarıdır.

DİGƏR XƏBƏRLƏR

Top