Gömrük işçisinin ölümü anbaan kameraya belə düşdü VİDEO

Mingəçevirdə keçirilən futbol oyununda ölüm hadisəsi baş verib. Mingəçevir Olimpiya mərkəzində Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan qurumlar arasında futzal yarışı start götürüb. Yarış Dövlət Gömrük Komitəsinin yaranmasının 25 illiyinə həsr olunub. Dünən start götürən yarışın növbəti günü Mingəçevirdə "Gəncə Gömrük” komandası "Bakı Terminal Gömrük xidməti”nin komandası ilə qarşılaşıb. Oyunun ikinci hissəsinin əvvəlində Gəncə komandasının üzvü Şəhriyar Əliyev qəflətən huşunu itirərək yerə yıxılıb. Həkimlərin ilkin tibbi yardımına baxmayaraq, Şəhriyar Əliyev dünyasını dəyişib. Nəticədə oyun təxirə salınıb./ARB

Ölüm

DİGƏR XƏBƏRLƏR

Top