Ter-Petrosyan parlament seçkilərində iştirak edəcək

Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan qarşıdan gələn parlament seçkilərində iştirak edəcək. "Yenivaz.com"un azatutyun.am saytına istinadən verdiyi məlumata görə, Ter-Petrosyan qarşıdan gələn parlament seçkilərində Erməni Milli Konqresinin lideri kimi müxalifətin seçki siyahısına rəhbərlik edəcək. Bu barədə jurnalistlərin suallarına cavab verən Erməni Milli Konqresinin parlament fraksiyasının başçısı Levon Zurabyan: "Mən əminəm ki, Ter-Petrosyan müxalifətin seçki siyahısına rəhbərlik edəcək. İnanmıram ki, müxalifətin seçki siyahısına rəhbərlik etmək üçün ondan layiqli namizəd tapılsın",-deyib.

Xatırladaq ki, 2013-cü ildə keçirilən prezident seçkiləri ərəfəsində eks-prezident yaşının çoxluğunu nəzərə alaraq öz namizədliyini verməyəcəyini bəyan etmişdi. Bununla əlaqədar məsələyə aydınlıq gətirən Zurabyan deyib ki, o vaxt söhbət prezident seçkilərindən gedirdi. İndi isə yaş həddi Ter-Petrosyan üçün önəm daşımır və onun seçkilərdə iştirak edə bilməsi yolunda hər hansı mane yoxdur.

DİGƏR XƏBƏRLƏR

Top