Turistlərin ən çox ziyarət etdiyi məkanlar - FOTOLAR

Dunyada ən çox turist qəbul edən 10 məkandan 9-u ABŞ-da yerləşir. "Yeniavaz.com" "Lovehomeswap.com" saytına istinadən bildirir ki, əyləncənin mərkəzi hesab olunan ABŞ şəhəri - Las Veqas sıralamanın 1-ci pilləsində qərarlaşıb. Las Veqasda əyləncə mərkəzlərinin, kazinoların və otellərin yerləşdiyi mərkəzi küçəni il ərzində ziyarət edən turistlərin sayı 39,67 milyon nəfərə çatıb. Nyu York şəhərində yerləşən "Tayms" ("Times") meydanına isə 39,2 milyon turist səyyahət edib. Nyu York şəhərində yerləşən və çoxlu sayda göllərin, bağların olduğu, müxtəlif sərgilərin, konsertlərin təşkil edildiyi "Sentral Park" ("Central Park") da turistlərin diqqətini cəlb edə bilib. "Sentral Park" il ərzində 37,5 milyon turist qəbul edərək dunyanın ən çox turist səfər edən 3-cü məkanı ünvanını qazanıb. ABŞ-ın paytaxtı Vaşinqtonda yerləşən "Unian station" oteli il ərzində 32,8 milyon turist qəbul edərək 4-cü sırada qərarlaşıb. ABŞ-da turistlərin diqqətini cəqlb edən başqa bir maraqlı məkan isə Kanada ilə sərhəddə yer alan Niaqara şəlaləsidir. Şəlalə çox yüksək olmasa da əsrarəngiz gözəlliyi ilə görənləri valeh edir. Məhz bu gözəlliyi görmək üçün oraya 22,5 milyon turist səfər edib. ABŞ və dünyanın ən böyük dəmir yolu vağzalı olan Nyu Yorkun "Qrand Sentral Terminal"ı ("Grand Central Terminal") isə 21,6 milyon turist qəbul edib. Sıralamanın sonrakı pillələrində - 7-9-cu yerlərdə Bostondakı "Faneuil Hol" ("Faneuill Hall") oteli, Orlandadakı "Disney Vorlds Maqik Kinqdom" ("Disney Worlds Magic Kingdom" və Kaliforniyadakı "Disneylənd Park" ("Disneyland park") istirahət və əyləncə mərkəzləri tutub. Bu məkanları ziyarət edən turistlərin sayı müvafiq olaraq 18 milyon, 17,5 milyon, 15,9 milyon nəfərə çatıb.

Dunyada ən çox turist qəbul edən məkanların sıralamasında növbəti - 10-cu yeri Çinin paytaxı Pekin şəhərində yerləşən "Qadağan olunmuş şəhər" (Çin dilində "Zijin Chengden") kompleksi tutur. Dünyanın ən böyük saray komplekslərindən biri olan və 72 hektar ərazini əhatə edən "Qadağan olunmuş şəhər"i il ərzində 15,3 milyon turist ziyarət edib.

Dunyada ən çox turist qəbul edən məkanlarından 1-i isə Türkiyədə yerləşir. Ziyarət edən turistlərin sayına görə Türkiyənin İstanbul şəhərində fəaliyyət göstərən "Qapalı Çarşı" adlı tarixi ticarət mərkəzi Avropanın tarixi məkanlarını geridə qoyub. Bünövrəsi 1461-ci ildə qoyulan İstanbulun bənzərsiz tarxi məkanı "Qapalı Çarşı" il əzrində 15 milyon turist qəbul edib.

Əhalisinin sayına görə dünyanın ən böyük və eyni zamanda ən bahalı şəhərlərdən biri olan Yaponiyanın paytaxtı Tokiyada yerləşən "Disneylənd" ("Disneyland") otelini isə ötən il 14,85 milyon turist ziyarət edib. Nəticədə Tokiyanın "Disneylənd" oteli dunyada ən çox turist qəbul edən məkanlar arasında 12-ci yerdə qərarlaşıb. Bir il ərzində Fransanın paytaxtı Parisin tarixi tikilisi "Notre Dame Katedral"ı 13,65 milyon, San Fransiskodakı "Golden Gate Park" parkı isə 13 milyon turist qəbul edib.

Las Veqasda əyləncə mərkəzlərinin, kazinoların və otellərin yerləşdiyi mərkəzi küçə

Nyu York şəhərində yerləşən "Tayms" ("Times") meydanı

Nyu York şəhərində yerləşən və çoxlu sayda göllərin, bağların olduğu, müxtəlif sərgilərin, konsertlərin təşkil edildiyi "Sentral Park" ("Central Park")​

ABŞ-ın paytaxtı Vaşinqtonda yerləşən "Unian station" oteli

Kanada ilə sərhəddə yer alan Niaqara şəlaləsi

ABŞ və dünyanın ən böyük dəmir yolu vağzalı olan Nyu Yorkun "Qrand Sentral Terminal"ı​

Bostondakı "Faneuil Hol" ("Faneuill Hall") oteli​

Orlandadakı "Disney Vorlds Maqik Kinqdom"​

Kaliforniyadakı "Disneylənd Park"​

Çinin paytaxı Pekin şəhərində yerləşən "Qadağan olunmuş şəhər"

Türkiyənin İstanbul şəhərində fəaliyyət göstərən "Qapalı Çarşı" ​

DİGƏR XƏBƏRLƏR

Top