Xəzər dənizində naməlum kişi meyiti aşkarlanıb

Xəzər dənizinin Azərbaycan sektorunda təxminən 40-45 yaşlı naməlum kişi meyiti aşkarlanıb. Hadisə Bakı şəhəri, Sabunçu rayonunun Bilgəh qəsəbəsində qeydə alınıb. Belə ki, Bilgəh çimərliyi kimi tanınan ərazidə dənizdə 40-45 yaşlarında olan kişinin meyiti aşkarlanıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabunçu rayon şöbəsinə təhvil veriblər. Meyit bir müddət suda qaldığından üzü tanınmaz hala düşüb. Omnun üzərində zorakılıq əlamətləri müşahidə edilməyib. Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır./Report

DİGƏR XƏBƏRLƏR

Top