Dünyadakı uşaqların 25%-i müharibə olan ərazilərdə yaşayır - FOTOLAR

UNICEF dünyadakı uşaqların təxminən 1/4-nin müharibə, iqtisadi böhran və təbii fəlakətlərin olduğu ölkələrdə yaşadığını açıqlayıb. "Yeniavaz.com"un BBC-ə istinadən verdiyi məlumata görə, bu ölkələrdə yaşayan 535 milyon uşaq səhiyyə xidmətlərindən, normal təhsildən, qidadan və təhlükəsizliklərdən uzaqdır. Bu uşaqların 393 milyona yaxını Afrikada təcili yardıma möhtac olan ərazilərdə yaşayır. Müharibə şəraitində yaşayan uşaqların 12%-i Orta Şərq və Şimali Afrikadadır. UNİCEF-in sənədlərinə görə, 50 milyona yaxın uşaq müharibə səbəbilə evini itirib.

Dünyanın müxtəlif iqtisadi böhran olan yerlərindən olan şəkilləri təqdim edirik:

Musuldakı qaçqın düşərgəsindəki uşaq

Türkiyənin Bolqarıstan sərhəddində Avropaya keçmək ümidilə gözləyən Suriyalı qız uşağı

Şam yaxınlığında hava hücumlarından yaralanan və keçədə müayinə olunan uşaq

Nigeriyada qaçqın düşərgəsində yaşayan uşaq isinmək üçün odun yığıb

Əfqanıstanda yaşayan 8 yaşlı pambıq yığan işçi

Yəmənin paytaxtı Səna şəhərində Səudiyyə Ərəbistanı tərəfindən hava hücumları nəticəsində evi dağıdılan qız uşağı

Cənubi Sudanda 1 yaşlı uşaq, normal qidalana bilmədiyinə görə xəstəxanadadır

DİGƏR XƏBƏRLƏR

Top