Lavrov: "NATO Rusiya sərhədlərinə yaxınlaşmaqdadır"

NATO Obamanın səlahiyyətləri başa çatana kimi Çernoqoriyanı Alyansa üzv qəbul etməyə çalışır. "Yeniavaz.com" İzvestiya.ru-ya istinadən bildirir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib. Sergey Lavrov: "Hazırda NATO Çernoqoriyanı öz sıralarına cəlb etmək üçün bütün imkanlardan istifadə edirlər. Biz görürük ki, bu məsələ ətrafında hadisələr necə inkişaf etməkdədir",-deyib.

Lavrov NATO strukturlarının Rusiya sərhədlərinə tam şəkildə yaxınlaşmaqda olduğunu və artıq ABŞ-ın Pribaltikada ağır texnika yerləşdirdyini açıqlayıb.

DİGƏR XƏBƏRLƏR

Top