Avropa İttifaqı Avropanın təhlükəsizliyinin təmin edilməsində öz imkanlarına güvənməlidir, ABŞ buna artıq hazır deyil. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Avropa Komissiyasının sədri Jan-Klod Yunker deyib. O bildirib: “Fikrimcə, biz təhlükəsizliyimizin qayığısına özümüz qalmalıyıq, çünki Tramp və onun həmkarlarından asılı olmayaraq ABŞ bundan sonra Avropanın təhlükəsizliyini təmin etməyə hazır deyil. Buna görə də bununla özümüz məşğul olmalıyıq”.