Ərdoğan Qazaxıstana səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nursultan Nazarbayevin dəvəti ilə 11-12 dekabrda Qazaxıstana səfər edəcək. Türkiyə Prezidenti Administrasiyasının verdiyi məlumata görə, R.T.Ərdoğan səfər zamanı qazax həmkarı N.Nazarbayevlə məhdud və geniş tərkibdə görüşlər keçirəcək. Görüşlərdə ikitərəfli və regional məsələlər, həmçinin 2017-ci ildə keçiriləcək Türkiyə-Qazaxıstan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 3-cü iclasına hazırlıq müzakirə olunacaq./Virtualaz.org

DİGƏR XƏBƏRLƏR

Top