Ət niyə bahalaşır?

Cənub bölgəsində maldarlıqla məşğul olan kifayət qədər fermer təsərrüfatları olsa belə, bu bölgənin bazarlarında da ətin qiyməti bahalaşıb.

Yeniavaz.com saytının "İstiPress"ə istinadən məlumatına görə heyvandarlıqla məşğul olan fermerlər deyir ki, bahalanmanın əsas səbəbi mal-qaraya verilən yemlərdə olan qiymət artımıdır. Məsələn, kəpəyin qiyməti əvvəl 2 manat idisə, indi 4 manat 50 qəpiyə qalxıb.Otun qiymətində də artım var.Hər bağlamada qiymət artımı 1 manat,1 manat 50 qəpik təşkil edir-yəni 4 manatdan aşağı deyil.

Qış aylarında mal-qara üçün yem bazasının əsasını təşkil edən quru otun, kəpəyin, kökəltmə yemlərinin demək olar ki, hamısı bahalaşıb.

Mal-qara yemlərinin satışı ilə məşğul olan mağazaların satıcıları hazırda yemləri daha baha qiymətə aldıqlarını, bunun səbəblərindən biri kimi isə heyvan yemlərinin bir çoxunun hazırlandığı arpa və buğdanın qiymətinin artdığını dedilər.

Satıcıların dediyinə görə 13 manat 25 qəpiyə aldıqları standart kökəltmə yemini indi 14 manata,75 qəpik bahasına alırlar. Ən böyük artım isə kəpəyin qiymətindədir. Burda qiymət artımı iki dəfədən də çoxdur. 2 manata olan kəpək indi satış məntəqələrinə 4 manat 10 qəpiyə verilir, alıcılara 4 manat 20-4 manat 30 qəpiyə satılır.

Qiymət artımına mal-qaraya verilən vitaminlərin, vurulan vaksinlərin satış qiymətlərinin artmasının da təsiri var. Eyni zamanda mal-qara alverçiləri , qəssablar da bu prosesdə qazanclarını güddüklərindən, heyvanı ucuz qiymətə alıb, 1-2 manat bahasına satırlar. Onda da ətin qiyməti gəlir çıxır 9-10 manata...Bu halda həm fermer uduzur,həm də alıcı kütləsi. Rayonlarda mərkəzləşdirilmiş qaydada iri ət kəsimi və tədarükü məntəqələri yaradılsa, yəqin ki, bu qiymət artımının qarşısını müəyyən qədər almağa yardımçı olar.

DİGƏR XƏBƏRLƏR

Top