Rusiya: Talibanla ünsiyyətdəyik

Rusiyanın Əfqanıstandakı siyasi nümayəndəlikləri və Orta Asiyanın təhlükəsizliyi üçün Taliban ilə ünsiyyətdə olduğunu bildirib. “Yeniavaz.com”, Türkiyə mətbuatına istinadən xəbər verir ki, Rusiyanın Kabil səfiri Aleksand Mantitski, paytaxt Kabildə ölkəsinin Taliban ilə ünsiyyət qurduğu barədə açıqlama verib: “Əfqanıstandakı siyasi təmsilçiliklərimiz və Orta Asiyanın təhlükəsizliyi üçün Taliban ilə ünsiyyətdəyik. Həmçinin, ABŞ, İngiltərə, Almaniya, İtaliya, İran, Pakistan, Çin və s. ölkələr də Talibanla ünsiyyətdədir”.

Mantitski, ABŞ-ın terrorla mübarizə barədə Əfqanıstanda müvəffəqiyyətli olmadığını deyib. İŞİD üzvlərinin Əfqanıstanda son günlərdə artan fəaliyyətlərindən Rusiyanın narahat olduğunu deyən Mantitski, İŞİD-in yalnız Əfqanıstan üçün deyil, Orta Asiya üçün də böyük təhlükə olduğunu vurğulayıb.

Əfqanıstandakı NATO birliklərinin başçısı Amerikalı General Con Nikolson bundan əvvəl verdiyi açıqlamada, Rusiya və İran əlaqələrinin Taliban üçün bölgədə sabitliyi poza biləcək bir mövqe yaradacağını demişdi.

DİGƏR XƏBƏRLƏR

Top