Azərbaycanlı futbolçunun dünya çempionatına həsr olunmuş markaları buraxıldı

Rusiyada 2018-ci il futbol üzrə dünya çempionatına hazırlıq proqramı çərçivəsində tanınmış sovet futbolçularının təsvir olunduğu poçt markaları buraxılıb. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, markalarda azərbaycanlı Anatoli Banişevski, Valeri Voronin, Anatoli İlyin, Yevgeni Rudakov, Pavel Sadırin, İqor Çislenko və Albert Şesternev təsvir olunub. Markalar 200 min ədəd tirajı iləb uraxılıb. Onların nominal qiyməti 29 rubldur. DÇ-2018 iyunun 14-dən iyulun 15-dək Rusiyanın 11 şəhərinin 12 stadionunda keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top