Harda, nə zaman, nə olub?

- Əhali ilk dəfə II əsrdə Çində siyahıya alınıb. Siyahıya alınma nəticəsində məlum olub ki, II əsrdə Çində 67,7 milyon insan yaşayıb.

- II əsrdə ən çox insan Roma şəhərində məskunlaşıb: Romanın əhalisi 800 min - 1 milyon arasında dəyişib.

- 1980-ci ildən bugünə kimi Cenevrə və Sürix aeroportlarından havaya qalxan hər bir təyyarə "səs-küyə görə" vergi ödəyir. Verginin miqdarı 300 İsveçrə frankıdır.

- 1993-cü ildə Venessiyada bütün dükan, restoran və emalatxana sahibləri öz evlərinin fasadlarından pərdələri, yağış və günəş çətirlərini yığışdırdı. Çünki dövlət orqanları pərdə və çətirlərdən torpaq üzərinə düşən kölgəyə vergi tətbiq etməyə başlamışdı.

- İlk metro stansiyası 1860-cı ildə Londonda açılıb

- İkinci dünya müharibəsindən sonra Macarıstan qiymətlərin sürətli artımına görə tarixi rekorda imza atıb: 1946-cı ildə inflyasiya səviyyəsi 41 900 000 000 000 000% təşkil edib. Bu isə o deməkdir ki, qiymətlər hər 13,5 saatdan bir 2 dəfə artıb.

- Dünyada iqtisadi böhranın baş verdiyi 2008-ci ildə Zimbabvedə inflyasiya səviyyəsi 12 563%-ə çatıb. Zimbabve nominal dəyərinə görə ən böyük banknota sahib olan ölkədir. Burada ən böyük banknot 100 000 000 000 000 nominal dəyərə malikdir.

- Son 10 il ərzində ABŞ dolları öz alıcılıq qabiliyyətinin 21%-ni itirib.

- 2002-ci ildən Belçikada intihara (evtanziya) rəsmi icazə verilib. Məhz bununla əlaqədar olaraq Belçikada gün ərzində 7 insan öz həyatını intihar ilə başa vurur.

- ABŞ-dakı nikah mərasimlərinin 5%-i Las-Veqas şəhərində bağlanır. Çünki Las-Veqasda avtomobildən çıxmadan cəmi 15 dəqiqə ərzində evlənmək mümkündür. Bunun üçün isə cəmi 40 dollar lazımdır. Las-Veqas şəhərində 1701 kazino, 194 min 180 oyun avtomatı vardır.

Yeniavaz.com

DİGƏR XƏBƏRLƏR

Top