Britaniyanın eks baş naziri: Avro çökəcək

Böyük Britaniyanın keçmiş baş naziri Devid Kemeron vahid Avropa valyutasının çökməsindən ehtiyatlanır. ”Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə o, ABŞ-ın DePauw University-nin tələbələri ilə görüşdə deyib. O, avronun hələ nə qədər müddət davam gətirəcəyini bilmədiyini qeyd edib. D. Kemeronun fikrincə, Avro zonasını gələcəkdə daha böyük problemlər gözləyir: “Avropa başlanğıcda planlaşdırıldığı kimi işləmir. Bəzi ölkələr ola biləcək artımı on illərdir görmürlər. Onların vahid valyutası var, lakin vahid vergi və fiskal sistemi yoxdur. Bu, böyük çətinliklər törədir”.

DİGƏR XƏBƏRLƏR

Top