Ərdoğan xəbərdarlıq etmişdi: 4 alman diplomat təyyarəyə gecikdi

Türkiyənin Atatürk Hava Limanında dörd almaniyalı diplomat uzun müddət saxlandıqlarına görə təyyarəyə minməyə gecikiblər. “Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, almaniyalı diplomatlar hava limanında araşdırmalar məqsədilə uzun müddət gecikdirilib. Belə ki, pasport nəzarət bölməsinə gələn diplomatlar geniş araşdırma aparıldığına görə təqribən 2 saat saxlandıqdan sonra keçirilir. Bu addım indiyədək dörd almaniyalı diplomatın təyyarələrini qaçırmaları ilə nəticələnib. Xatırladaq ki, ötən gün Almaniyada polis hava limanında Türkiyə parlamentinin sədr müavini Ayşənur Bahçekapılını uzun müddət gözlətmişdi. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə bunun qarşılığının verilməsinin zəruri olduğunu bildirmişdi.

DİGƏR XƏBƏRLƏR

Top