Bakı-Qazax yolunda avtobus minik avtomobili ilə toqquşub: ölən və xəsarət alan var

Bakı-Qazax avtomobil magistralının Goranboy rayonunun Borsunlu kəndindən keçən hissəsində qəza baş verib.

Bakı-Gəncə marşrutu ilə hərəkət edən “Daewoo” markalı sərnişin avtobusu “VAZ 21011” markalı minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində minik avtomobilində olan 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Qəzada ölən və xəsarət alanların şəxsiyyəti məlum olub.

Qəza nəticəsində “VAZ 21011” markalı minik avtomobilinin sürücüsü, Goranboyun Kələk kənd sakini, 1952-ci il təvəllüdlü Məmmədov Nəsrəddin Əli oğlu ölüb.

Minik avtomobilinin sərnişini, 1969-cu il təvəllüdlü Goranboy rayon Borsunlu kənd sakini Həsənov Habil Cəmşid oğlu isə xəsarət alıb. APA

DİGƏR XƏBƏRLƏR

Top