538214 insan dünyasını dəyişib - Azərbaycanda

Son 10 ildə Azərbaycanda 538 min 214 insan dünyasını dəyişib. Bu barədə Yeniavaz.com saytı Dövlət Statistika Komitəsinə istinadən məlumat yayıb. Bu illər ərzində ölkəmizdə ən çox ölüm faktı 2012-ci ildə qeydə alınıb - 55 min 17 nəfər.

İllərə görə ölüm statistikasını təqdim edirik:

- 2006-cı il - 52 min 248 nəfər.

- 2007-ci il - 53 min 655 nəfər.

- 2008-ci il - 52 min 710 nəfər.

- 2009-cu il - 52 min 514 nəfər.

- 2010-cu il - 53 min 580 nəfər.

- 2011-ci il - 53 min 762 nəfər.

- 2012-ci il - 55 min 017 nəfər.

- 2013-cü il - 54 min 383 nəfər.

- 2014-cü il - 55 min 648 nəfər.

- 2015-ci il - 54 min 697 nəfər.

Ölüm səbəbləri içərisində birinci yerdə qan dövranı sistemi xəstəlikləri gəlir. Təxmini olaraq ölüm səbəblərinin yarıdan çoxunu qan dövranı sistemi xəstəliklərinin təşkil etdiyini demək olar. Son 10 ildə qan dövranı sistemi xəstəliklərindən ölənlərin statistikası diqqət çəkir:

- 2006-cı il - 29 min 712 nəfər.

- 2007-ci il - 30 min 355 nəfər.

- 2008-ci il - 31 min 128 nəfər.

- 2009-cu il - 32 min 072 nəfər.

- 2010-cu il - 32 min 554 nəfər.

- 2011-ci il - 32 min 835 nəfər.

- 2012-ci il - 34 min 832 nəfər.

- 2013-cü il - 34 min 379 nəfər.

- 2014-cü il - 33 min 291 nəfər.

- 2015-ci il - 32 min 825 nəfər.

Azərbaycanda insanların ölümünə səbəb olan xəstəliklər sırasında ikinci yerdə yenitörəmələr, yəni xərçəng xəstəlikləri gəlir.

Təəssüf ki, bu səbəbdən ölənlərin də sayında artım müşahidə olunub. Xərçəng xəstəliyindən son 10 ildə ölənlərin statistikasına diqqət yetirək:

- 2006-cı il - 6 min 517 nəfər.

- 2007-ci il - 6 min 6650 nəfər.

- 2008-ci il - 6 min 515 nəfər.

- 2009-cu il - 6 min 910 nəfər.

- 2010-cu il - 6 min 633 nəfər.

- 2011-ci il - 5 min 999 nəfər.

- 2012-ci il - 5 min 886 nəfər.

- 2013-cü il - 6 min 383 nəfər.

- 2014-cü il - 6 min 982 nəfər.

- 2015-ci il - 7 min 278 nəfər.

İllər ötdükcə Azərbaycanda tənəffüs sistemi xəstəliklərindən ölüm halları isə azalır. Hər halda rəsmi statistika belə deyir:

- 2006-cı il - 2860 nəfər.

- 2007-ci il - 3725 nəfər.

- 2008-ci il - 2851 nəfər.

- 2009-cu il - 2309 nəfər.

- 2010-cu il - 2377 nəfər.

- 2011-ci il - 2185 nəfər.

- 2012-ci il - 1743 nəfər.

- 2013-cü il - 1529 nəfər.

- 2014-cü il - 1971 nəfər.

- 2015-ci il - 1712 nəfər.

Nicat

DİGƏR XƏBƏRLƏR

Top