"Qarabağda münaqişənin eskalasiyası Avropa məkanında sülhün nə dərəcədə həssas olduğunu göstərdi"

"Bu il Dağlıq Qarabağda münaqişənin eskalasiyası Avropa məkanında sülh arxitekturasının nə dərəcədə həssas olduğunu göstərdi".

Bu sözləri ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer qurumun Hamburqda keçirilən Xarici İşlər Nazirləri Şurasının iclası öncəsi mətbuat konfransında deyib.

O bildirib ki, ATƏT məkanında münaqişələrin həlli üçün səylərin artırılması çox vacibdir: “ATƏT Dağlıq Qarabağ, Ukrayna münaqişələrinin həlli istiqamətində mükəmməl iş aparır. ATƏT bəzi hallarda hətta bu münaqişələrin açıq müharibə vəziyyətinə gəlməsinin qarşısını alıb”. APA

DİGƏR XƏBƏRLƏR

Top