Qıyıq gözləri pasport almasına mane oldu

Yeni Zelandiyada pasportlar üçün fotoları emal edən avtomatik sistem Asiya əsilli kişinin şəklini qıyıq gözlərinə görə qəbul etməyib. “Yeniavaz.com”un xarici mətbuata istinadən verdiyi məlumata görə, Yeni Zelandiya vətəndaşı Riçard Li Avstraliyada təhsil alır və internet vasitəsilə pasportunu yeniləmək istəyib. Fotosunu sayta yükləyən zaman proqram onun bağlı gözlərlə şəkil çəkdirdiyinə qərar verib və digər kadr istəyib. Bundan sonra R. Li poçt şöbəsinə gedərək bir neçə şəkil çəkdirib. Onlardan biri proqramı məmnun edib.

DİGƏR XƏBƏRLƏR

Top