Atatürkə bənzəyən aktyor saxlanılıb

Anar Məmmədov “Paşa Bank”a borcunu qaytardı, əmlakından həbs götürüldü

Azərbaycanda rüşvətxorluğa görə nəzərdə tutulan cəza ağırlaşdırılır

çərşənbə axşamı, 28 mart 2017

Menu

çərşənbə axşamı, 28 mart 2017

ANALİZ

Donald Tramp ABŞ-Kuba yaxınlaşmasının əleyhinədir

30.11.2016 15:44

Son illərdə ABŞ-la Kuba arasında əmələ gələn yaxınlaşma Vaşinqtonun Havananı təcrid siyasətindən əl çəkməsinə və iki ölkə arasında münasibətlərin normal məcraya qədəm qoymaqda olduğunu göstərməkdə idi. Hər halda ABŞ-ın Kubada öz səfirliyini açması və iki ölkə arasında rəsmi səviyyədə qarşılıqlı şəkildə səfərlərin həyata keçirilməsi də bunu deməyə imkan verirdi. Lakin Donald Trampın prezident seçilməsindən sonra iki ölkə münasibətlərinin gələcəyi şübhə altına düşüb. Buna da səbəb ötən gün Donald Trampın Fidel Kasrtro Rusun ölümünə sərt münasibət bildirməsi və onun haqqında xoşagəlməz ifadələr işlətməsi, onu 60 il ərzində ölkəsini idarə edən qəddar diktator və despot adlandırmasıdir. Tramp ABŞ-Kuba münasibətlərinin gələcəyinin insan hüquqlarının müdafiəsindən və qarşı tərəfin müxtlif sahələrdə ölkəsinə güzəşətə getməsindən asılı olduğunu vurğulayıb. Tramp: "ABŞ-Kuba münasibətlərinin gələcəyi Kubanın beyənəlxalq hüquq normalarına əməl etməsindən, insan hüquqlarının qorunmasını özünün əsas məqsədlərindən birinə çevirməsindən və iqtisadi, siyasi, hərbi sahədə islahatları həyata keçirməsindən asılıdır. Əks halda Kuba bizdən özlərinə münasibətdə xoş addımlar atmağımızı gözləməsin",-deyib.

Əslində Trampın bu açıqlaması Kastronun vəfat etməsindən sonra ABŞ-ın Kubanı sərt şəkildə hədələməsi anlamına gəlir. Kubanın hazırda dünyanın supergüc dövləti qarşısında tək olmasını və heç yerdən kömək almağa ümid etməməsini nəzərə alsaq, onda Trampın Havananı hədələməsini təsadüfi hesab etmək olmaz. Hər halda bu amil adada ciddi narahatlıqla qarşılanıb. Kuba qəzetlərindən biri bununla bağlı yazıb ki, ölkəmiz güclü ABŞ qarşısında tək qalıb və belə vəziyyətdə hansı addımlar ata biləcəyi məlum olmayan Tramp adaya qoşun çıxarmaq və oranı işğal etmək belə fikrinə düşə bilər. Trampın Kubaya münasibətdə sərt siyasət yeridə biləcəyinin onun Kuba ilə yaxınlaşma düşməni hesab edilən Maurisio Klavye-Karoneni öz komandasına daxil etməsi də sübut edir. Trampın Kubaya qarşı sərt addımlar ata bilməsinin hansı nəticələrə çıxara biləcəyi isə hazırda ABŞ-da əsas müzakirə hədəflərindən birinə çevrilib. Məsələn, Bruklin institutunun əməkdaşı siyasi müşahidəçi Ted Pikkone belə hesab edir ki, Kubaya zor tətbiq etməklə Tramp yenidən Putinə orada möhkəmlnmək imkanı verəcək və bu, yeni Karib böhranının yaranmasına yol aça bilər. Pikkone: "Tramp Kubaya qarşı sərt addımlar atmağını nümayiş etdirməkdənsə ada ilə yaxınlaşmaq yolu seçsin və tədricən oradakı əvvəlki mövqeyini bərpa etsin. Kubada indiyə qədər mövcud olan sosializm sisteminin çürük olmasını sübut etmək və əhalinin rəğbətini qazanmaq üçün biz orada yeni müəssisələr açmalı, onların iqtisadiyyatını dirçəltməli, işsiz əhali üçün yeni iş yerləri yaratmalı və bu yolla kubalıların rəğbətini qazanmalıyıq. Əgər biz Kuba ilə güc nümayiş etdirmək siyasətini işə salsaq onda heç nəyə nail ola bilməyəcəyik",-deyib.

"The New Yorker" qəzetinin analitiki Andeson isə yazıb ki, Tramp Kubaya qarşı dəyənək siyasətini işə salmağa hazırlaşır: "Ancaq Kubanı dəyənəklə qorxutmaq olmaz. Çünki belə bir siyasət Rusiyanın yenidən Kubada möhkəmlənməsinə yol açacaq. Tramp dəyənək siyasətinin ABŞ-a qarşı çevrilə biləcəyini öncədən görməyi bacarmalıdır, əks halda o ABŞ-ın təhlükəsizliyini yenidən şübhə altında qoymuş olacaq".

Bununla belə Tramp Kubanı hədələməkdə davam edir. O noyabrın 28-də "Tvitter"də yazıb ki, əgər Kuba rəhbərliyi ölkədə siyasi və iqtisadi islahatlar həyata keçirməsə, onda iki ölkə arasında yaxınlaşmanı nəzərdə tutan sənədi cırıb atacağam.

Hələlik hazırda Kubanı idarə edən Raul Kastro Trampın açıqlamasına hər hansı reaksiya verməyib. Belə güman edilir k, Raul Kastronu hazırda daha çox qardaşının dəfnini başa çatdırmaq düşündürür. Lakin o da aydındır ki, Raul Kastro çətin ki, Trampın sərt açıqlamalarını həzm edə bilsin. Bu isə iki ölkə arasında yenidən soyuq müharibənin başlamasına yol aça bilər...

Əziz Mustafa

Oxundu: 186

© 2017 - NSPSOLUTIONS