Əyləncə üçün 5 min balıq dondurulub

Yaponiyada açılan "Space World" adlı xüsusi parkda diqqət çəkmək məqsədilə 5 min balığı dondurublar. "Yeniavaz.com" Türkiyə mətbuatına istinadən xəbər verir ki, insanların qınağından sonra park rəsmiləri ölən canlılara görə üzr istəyiblər və yas mərasimi təşkil edəcəklərini bildiriblər. Parkın saytındakı açıqlamaya görə, balıqların insanlar üçün əyləncə vasitəsi olmaması ilə bağlı onlara xeyli müraciət daxil olub: "Buna görə müştərilərimizdən üzr istəyirik". Həmçinin parkın açıqlamasında bildirlir ki, balıqlar dondurulmadan əvvəl ölmüşdülər. Amma buna baxmayaraq park rəsmiləri, bu işin səhv olduğunu qəbul eləyiblər.

Rasim Məmmədli

DİGƏR XƏBƏRLƏR

Top