Məsud Özil misli görünməmiş transfer təklifindən 3 dəqiqəyə imtina edib

“Arsenal”ın yarımmüdafiəçisi Məsud Özil ötən yay Çindən aldığı təklifdən imtina etdiyini bildirib. “Yeniavaz.com”un “Championat.com” saytına istinadən verdiyi məlumata görə, bu barədə M. Özil avtobioqrafiyasında yazıb. O deyib ki, Çindən aldığı transfer təklifi cəfəng olub: “Çinlilər mənə 5 ilə görə 100 milyon funt-sterlinq ödəməyə hazır idilər. Bu, təsəvvür edə bilməyəcəyim misli görünməmiş pul məbləği idi. Buna baxmayaraq, mənə 3 dəqiqədən az vaxt lazım oldu ki, təklifdən imtina edim. Agentim Erkut zəng edərək məndən soruşdu: "Fikrimcə, biz bundan sonra nə edəcəyimizlə bağlı razılığa gəldik, elə deyilmi?". Mən cavab verdim: "Karyeramı başa vurmağa hələ çox var. Hələ də “Arsenal”la trofey qazanmaq istəyirəm. Nə qədər pul təklif etmələrindən asılı olmayaraq, Çində oynamaq istəmirəm. Heç vaxt”.

DİGƏR XƏBƏRLƏR

Top