Ağstafada “Şeirimizin Nərimanı” adlı bədii kompozisiya keçirilib

Ağstafa Xalq şairi Nəriman Həsənzadənin anadan olmasının 86-cı il dönümünə həsr edilmiş "Şeirimizin Nərimanı” adlı bədii kompozisiya keçirilib. Şəhər 2 saylı tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi İlhamə Kərimova tərəfindən təşkil edilən tədbirdə Ağstafa Rayon Təhsil Şöbəsinin məsul əməkdaşları, yazıçılar birliyinin üzvləri, məktəbin pedaqoji kollektivi iştirak edib. Tədbirin keçirilməsində məqsəd şagirdlərin mənəvi aləminin zənginləşməsi, dünyagörüşünün və bilik səviyyəsinin yüksəldilməsi ibarət olub. 8-ci sinif şagirdləri Nəriman Həsənzadə yaradıcılığından bəhs edən səhnəciklər nümayiş etdirib, şeirlər səsləndiriblər. Şairin şeirlərinə bəstələnən musiqi nümunələri şagirdlər tərəfindən ifa edilib. Eyni zamanda şagirdlər şairin Poylu qəsəbəsindəki evini ziyarət edikləri video və şairin müsahibəsi tədbir iştirakçılarına təqdim edilib. Şairin qələm dostları Nəriman Həsənzadə ilə bağlı xoş xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər. Sonda xatirə şəkli çəkilib.

Nəcibə Vəliyeva, Ağstafa

DİGƏR XƏBƏRLƏR

Top