Eşq haqqında "12 möhtəşəm söz"

Eşq, sevgi, ülvi hisslər insanın yaşam tərzinə məna qatan amillərdən biridir. Eşqi dahi Nizami, Füzuli "Leyli və Məcnun" kimi şah əsərləri ilə tərənnüm ediblər. Həmçinin xarici yazarların da eşqlə dolu əsərləri vardır. Bu dəfə roman yazarlarının eşq haqqında dedikləri "12 möhtəşəm söz" seçməsini təqdim edirk.

Marsel Prust: "Biz sevdiyimiz zaman eşq bizim üçün ağılasığmaz olur; sevdiyimiz insana doğru görsənirik, onda özümüzü dayandıran bir səth tapırıq və özümüzdən çıxdığımızın fərqində olmuruq".

Fyodor Dostoyevski: "Cəhənnəm nədir? Mənə görə, sevməyi bacarmamaqdan acı çəkməkdir".

Antuan de Sent-Ekzüperi: "Eşq bir-birinə baxmaq deyil; birlikdə eyni yerə baxmaqdır".

Ceyms Coys: "Eşq əslində heç təbii olmayan bir faktdır ki, özünü nadir hallarda təkrar edir; ruh yenidən bakirə qala bilməyəcək hala gəlir".

Jan-Pol Sartr: "Eşq - iki insanın şüurunu birləşdirmə səyidir. Hərçənd boş yerə çəkilmiş bir səydir. Çünki insan öz şüuruna məhkumdur".

Əhmət Hamdi Tanpınar: "Eşqin pis tərəfi insanlara verdiyi rahatlığı, zövqü ən son müxtəlif şəkildə geri ödətməsidir. Həm də ömür boyu ödəmək".

Oskar Uayld: "Eşq bir fizioloji problemdir. Bizim iradəmizlə heç bir bağlılığı yoxdur. Gənclər sadiq qalmaq istəyərlər, ancaq qala bilməzlər; yaşlılar sədaqətsizlik etmək istəyərlər, edə bilməzlər. Deyiləcək söz bundan ibatətdir".

Cesare Pavese: "İnsan özünü bir qadına olan eşqinə görə öldürməz. Eşq bizi bütün çılpaqlığımız, səfilliyimiz, düşgünlüyümüz və heçliyimizi göstərərək öldürər".

Orxan Pamuk: "Tanıdığın adamı sevmək ən gözəl eşq deyil, heç vaxt görmədiyin adama duyduğun eşqdir. Məsələn, korlar daha yaxşı aşiq olurlar".

Haruki Murakami: "Əgər kimsə aşiq olubsa, deməli, əskik olan parçalarını axtarır. Buna görə, aşiq məşuqunu düşündükcə əzab çəkər. Sanki buna bənzəyir; uzun zaman görmədiyin birinin otağına girdiyin zaman qarşılaşdığınız xatirələr kimidir".

Səbahəddin Əli: "Nə qədər çox insanı sevsək də, əsil sevdiyimiz adamı da sevə bilərik. Çünki eşq paylandıqca azalan bir şey deyil".

Qabriel Qarsiya Markes: "Sevdiyin birinin başqası ilə xoşbəxt olduğunu görməkdən daha acı bir şey varsa, o da sevdiyinin səninlə bədbəxt olduğunu görməkdir".

Ruzbeh Məmməd

DİGƏR XƏBƏRLƏR

Top