"Apple" şəkərli diabetin müalicəsi üçün qurğular hazırlayacaq

Amerikanın "Apple" şirkəti şəkərli diabetin müalicəsi üçün qurğular düzəldəcək. Bu barədə CNBC telekanalı məlumat yayıb. Bildirilir ki, mütəxəssislər, qanda qlükozanın səviyyəsini təmassız müəyyən edə biləcək qurğuların hazırlanması ilə məşğul olurlar. Söhbət xüsusi sensorların hazırlanmasından gedir. Məxfi işləmələr Kaliforniya ştatının Palo-Alto şəhərində aparılır. Qlükozaölçəni mühəndis-biohəkimlər qrupu yaradırlar. Mənbələrdən biri optik sensorların "Apple Watch" qurğularına quraşdırılacağını xəbər verib.Report

DİGƏR XƏBƏRLƏR

Top