Türkiyədə xərçəng xəstələrinin müalicəsi pulsuz aparılacaq

Türkiyədə xərçəng xəstələrinin müalicə və dərman xərclərini dövlət qarşılayacaq. “Yeniavaz.com”un “Haberturk” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ərzurumda referendum kampaniyası çərçivəsində keçirdiyi mitinqdə deyib. Onun sözlərinə görə, baş nazir Binəli Yıldırım ilə xərçəng xəstəliyi dərmanları ilə bağlı mövcud çətinlikləri müzakirə edib: “Baş nazirlə danışdıq, xərçənglə bağlı dərmanlarda çətinlik var idi. Xərçəng xəstələri dərman xərclərini özləri ödəyirdi. Bunu artıq dövlət qarşılayacaq. Buna uyğun hazırlıq görülür. Bu cür xəstələrin müalicəsini dövlət öz üzərinə götürəcək”.

DİGƏR XƏBƏRLƏR

Top