Bakıda autizimlə bağlı maarifləndirici yürüş keçirilib

2 Aprel Dünya Autizm Məlumatlandırma Günü ilə əlaqədar Bakı Autizm İdman və Yaşam Klubu tərəfindən paytaxtda maarifləndirici yürüş keçirilib. Bakı Autizm İdman və Yaşam Klubundan "Yeniavaz.com"a verilən məlumata görə, yürüşün əsas məqsədi ictimaiyyətə autizm haqqında geniş məlumat vermək olub. Yürüş zamanı autist uşaqlar rolik skeyt sürərərək öz yaşıdlarından fərqlənmədikləri də göstəriblər. ​

AUTİZM Nədir?

Mütəxəsislər bildirirlər ki, autizm üç yaşından əvvəl başlayan və məhdud davranışlara gətirib çıxaran, beynin inkişafına təsir edən bir xəstəlikdir. Dünyada böyük bir bəlaya çevrilən autizm daha çox nitq və davranışda qeyri-adiliklə, pozuntularla müşayiət olunur. Uşaq öz yaşına uyğun olmayan jestlər edir, mimiklərdən istifadə edir. Göz təmasından qaçır, digər uşaqlarla oynamır, bu və bu kimi digər sosial ünsiyyətin komponentlərində geriləmə, maraq dairəsi məhdud olur, daha çox yalnız öz ehtiyacları daxilində olanlara maraq göstərir. Belə uşaqlar heç nəyə diqqət vermir, böyüklərin heç bir göstərişini izləmir, heç nə öyrənmək istəmir. Üç yaşa qədər dövr autizmin aradan qaldırılması üçün məqsədəuyğun hesab edilir.

DİGƏR XƏBƏRLƏR

Top