Ayda gələcək sakinlər üçün yaşayış kompleksi inşa etmək planlaşdırılıb

Avropa Kosmik Agentliyinin mütəxəssisləri Ayın məskunlaşdırılmasını və gələcəkdə orada insanların yaşamasına imkan verəcək yaşayış kompleksınin inşa edilməsini nəzərdə tutan xüsusi layihə üzərində işi başa çatdırıblar. "Yeniavaz.com"un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Ayın cənub qütbündə yerləşən Şeklton krateri yeni yaşayış kompleksinin inşası üçün daha əlverişli imkanlara malikdir. Belə ki, ora daha çox günəş şüaları düşür və böyük həcmdə donmüş su kütlələri ilə zəngindir. Öz növbəsində Daily Star-ın agentliyə istinadən yaydığı məlumata görə, yeni kompleksdə ibadət evi, oyun meydançası, ictimai otaqlar olacaq. Komplkesin Əbədi işıq zirvəsi adlı mərkəzində güclü teleskop quraşdırılacaq. Kompleksin müəllifi rəssam Xorxe Manyes Rubio deyib ki, onu belə bir işə həvəsləndirən qədim mayya sivilizasiyasına məxsus Çiçen İtsadakı El-Karakol rəsədxanası olub. Rəssamın sözlərinə görə, mayya sivilizasiyası kosmik aləmlə böyük əlaqələrə malik olub. Kompleksin inşasını plnalaşdıranlar Aydakı qruntdan 3D texnologiyasının köməyi ilə ev də inşa etmək niyyətindədirlər. Kompleksdə Yeri müşahidə etmək üçün xüsusi pəncərə qoyulacaq. Bu pəncərə vasitəsi ilə hər 14 gündən biri Yeri müşahidə etmək mümkün olacaq.

DİGƏR XƏBƏRLƏR

Top