Azərbaycan milli komandasının üzvü “Bursaspor” klubu ilə müqavilə bağlayıb

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Ozan Can Kökcü Türkiyənin “Bursaspor” klubu ilə müqavilə bağlayıb. Bursa təmsilçisinin rəsmi saytının məlumatına görə, 19 yaşlı futbolçu 4 illik sözləşməyə imza atıb. O, Hollandiyanın “Feyenoord” klubundan transfer edilib.
Kökçü "Bursaspor"da Azərbaycan yığmasının üzvü Deniz Yılmazla komanda yoldaşı olacaq.

Qeyd edək ki, Ozan Can Kökçü hələlik 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində rəsmi oyuna çıxmayıb. O, yığmanın martın 20-dən 25-dək Bakıda keçirilən toplanışına cəlb olunub.

DİGƏR XƏBƏRLƏR

Top