Bekhem Honkonq sakinlərinin xətrinə dəyib

Britaniyalı futbolçu Devid Bekhem Honkonq sakinlərinin xətrinə dəyib. “Yeniavaz.com”un “Lenta.ru” saytına istinadən verdiyi məlumata görə, D.Bekhem “Facebook” səhifəsində onların şəhərlərini Çin adlandırıb. Futbolçu sosial şəbəkədə paylaşdığı çarxda iki gün ərzində Şanxay və Honkonqda gördüklərini nümayiş etdirib. D. Bekhem daha çox Honkonqun göstərildiyi video-çarxın aşağısında “Çində möhtəşəm 40 saat” sözlərini yazıb. Sakinlər Honkonqun Çin şəhəri adlandırılmasının futbolçu tərəfindən nəzakətsizlik olduğunu qeyd ediblər, çünki şəhər xüsusi statusa – Çinin xüsusi inzibati rayonu – malikdir. Nəticədə D. Bekhem paylaşımını “Şanxay və Honkonqda möhtəşəm 48 saat” şəklində düzəldib.

Qeyd edək ki, Honkonq geniş muxtariyyətə malik ada şəhəridir. Honkonqun öz gerbi, bayrağı və himni, pul sistemi (valyutası Honkonq dollarıdır), rüsumları, miqrasiya siyasəti var. Honkonq beynəlxalq təşkilatlarda və tədbirlərdə öz nümayəndəliklərini saxlayır.

DİGƏR XƏBƏRLƏR

Top