Hollandiyanın məşhur şirkətinə Türkiyədə qadağa qoyuldu

Dünyanın nəhəng turizm portallarından olan booking.com internet resursuna Türkiyə ərazisindən giriş məhdudlaşdırılıb. Dunya.com xəbər verir ki, İstanbul 5-ci İqtisad Məhkəməsinin qərarı ilə mərkəzi Hollandiyada yerləşən və bu ölkədə qeydiyyatdan keçmiş saytın Türkiyədəki fəaliyyəti qadağan edilib. Bununla belə bu günədək booking.com vasitəsi ilə hər hansı ölkədə otel nömrəsi, nəqliyyat vasitəsi, qonaq evi və sair icarəyə götürən şəxslərin sifarişləri yerinə yetiriləcək.

Qeyd edək ki, adı qeyd edilən şəbəkənin Türkiyədəki otel və mehmanxanalara xidmət göstərməsinə də qadağa qoyulub. Onu da qeyd edək ki, booking.com şirkəti Türkiyədə sağlam rəqabət şərtlərini pozduğu üçün daha əvvəl 2, 6 milyon lirə cərimələnmişdi. Hollandiya ilə məlum siyasi qalmaqal isə Türkiyəni daha sərt addım atmağa vadar edib.Lent.az

DİGƏR XƏBƏRLƏR

Top