Almaniya Türkiyədəki İncirlik bazasına alternativlər tapıb

Almaniya Türiyədəki İncirlik hərbi hava bazasına mümküm alternativlər tapıb. “Yeniavaz.com”un DW-yə istinadən verdiyi məlumata görə, bu barədə Almaniya hökumətinin Solçu partiyanın deputatlarının göndərdiyi sorğuya cavabında deyilir. Bildirilir ki, hərbi baxımdan İordaniya, Küveyt və Kiprdəki hərbi bazalar yararlı hesab olunur. Almaniya ordusunun nümayəndələri İordaniya və Küveytin hər birində 3 bazaya, Kiprdə isə Akrotiri və Pafos bazalarına baş çəkiblər. Almaniya hökuməti bu ölkələrlə bazalardan istifadə ilə bağlı hələ danışıqlar aparmayıb.

Xatırladaq ki, Berlin və Ankara arasında münasibətlər fevralın 17-də 43 yaşlı türk əsilli Almaniya jurnalisti Dəniz Yücelin (ikili vətəndaşlığı var) PKK terror təşkilatında iştirak, terrorçuluğun təbliği, məlumatların qanunsuz istifadəsi ittihamları ilə İstanbulda həbs edilməsindən və türk siyasətçilərin Almaniyada referendumqabağı təşviqat kampaniyası aparmalarının qadağan edilməsindən sonra gərginləşib. Bununla əlaqədar bir sıra deputatlar Almaniya kansleri Angela Merkeli İncirlikdəki bazadan ordu kontingentini çıxarmağa çağırıb. 2016-cı ildə Almaniya parlamenti 1915-ci il hadisələrini “erməni soyqırımı” kimi tanıdıqdan sonra Ankara bir neçə ay alman deputatlarına İncirliyə baş çəkməyi qadağan edib. Hazırda İncirlikdə təqribən 270 almaniyalı əsgər və zabit, eləcə də bir neçə “Tornado” kəşfiyyatçı təyyarəsi var.

DİGƏR XƏBƏRLƏR

Top