Rusiya Qarabağ münaqişəsinin həllində mərkəzi oyunçu hesab edilir​

Rusiya Qarabağ münaqişəsinin nizamlanması prosesində aparıcı rol oynayır. "Yeniavaz.com"un 1in.am-a istinadən verdiyi məlumata görə, bunu "Media-sentr"də təşkil edilən telekörpüdə britaniyalı jurnalist, Karnegi fondunun elmi əməkdaşı Tomad De Vaal deyib: "Münaqişədə olan hər iki tərəf bildirir ki, bölgədə vəziyyəti Rusiya gərginləşdirir və sonra da tərəfləri sakitləşdirir. Rusiyanın Qarabağ münaqişəsi ilə bağlı hər iki tərəfdə, həm Azərbaycanda, həm də Ermənistanda maraqları var. Ancaq o da aydındır ki, yalnız Rusiya deyil, həm də ATƏT MQ-yə həmsədr digər ölkələr vasitəçilik rolunu öz üzərlərinə götürməlidirlər. Təəssüflər olsun ki, həmsədr ölkələrdən Fransa münaqişənin həllində zəiflik nümayiş etdirir. ABŞ isə siyasi maraqlardan çıxış edərək həmsədr ölkə kimi münaqişənin həllində mövqeyini zəiflədib".

Tomas Vaal bir çox tanınmış diplomatların danışıqlar prosesində tərəflərə kömək etmək istədiklərini, ancaq buna nail ola bilmədiklərini də xatırladıb. O həmçinin hazırda beynəlxalq aləmin münaqişənin həllində hansısa addım atmağa maraq göstərmədiyini də qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top