Aeroporta Ronaldonun adı verildi

Portuqaliya hökuməti Madeyra adasındakı beynəlxalq hava limanına milli yığmanın və Madrid “Real”ının forvardı Kriştian Ronaldonun adını verib. “Yeniavaz.com”un “Lenta.ru” saytına istinadən verdiyi məlumata görə, futbolçunun iştirakı ilə mərasim martın 29-da keçirilib. K. Ronaldonun doğulduğu adanın bir qrup sakini bir neçə ay əvvəl ad dəyişikliyinə qarşı petisiya ilə hökumətə müraciət edib. Lakin etirazlara baxmayaraq, aeroporta futbolçunun adı verilib.

Qeyd edək ki, 32 yaşlı K. Ronaldo 2016-cı ilin dekabrında karyerasında dünyanın ən yaxşı oyunçusuna verilən “Qızıl top” mükafatının 4 qat sahibi olub. Forvard Portuqaliya millisinin heyətində 138 matçda 71 qol vurub. Madeyra beynəlxalq hava limanı 8 iyul 1964-cü il tarixində açılıb və bir uçuş-eniş zolağına malikdir.

DİGƏR XƏBƏRLƏR

Top