"Qarabağ münaqişəsində yeni oyunçular meydana çıxa bilər"

Bir neçə ildən sonra Qarabağ münaqişəsinin həllində yeni oyunçular meydana çıxacaq və onlar ancaq dövlətlər deyil, həm də xalqlar və dini azlıqlar olacaq. "Yeniavaz.com"un nevvs.am-a istinadən verdiyi məlumata görə, bunu "Aprel müharibəsindən 1 il sonra" adlı müzakirələrdəki çıxışında politoloq," Modus vivendi" mərkəzinin rəhbəri Ara Papyan deyib. Onun sözlərinə görə, Qarabağ münaqişəsinin həllinə yalnız hərbi deyil, həm də neftin qiymətinin ucuzlaşması təsir göstərir. O iddia edib ki, Azərbaycan problemin həllində çıxış yolunu hərbi gücdən istifadə etməkdə görür və bu da bölgədə daim atəşkəsin uzunmüddətli olmasını təhlükə altına alır. Bununla belə politoloq münaqişənin dinc yolla danışıqlar masası arxasında həlli imkanlarının tükənmədiyini də vurğulayıb

DİGƏR XƏBƏRLƏR

Top