Türkiyəli idmançının olimpiya medalları geri alındı​

Beynəlxalq Yüngül Atletika Federasiyaları Assosiasiyası (IAAF) dopinqdən istifadə etdiklərinə görə türkiyəli atletlər Elvan Abeyleqesseni 2, Qəmzə Bulud və Songül Konakın isə hər birini 4 il müddətinə idman yarışlarından uzaqlaşdırıb. “Yeniavaz.com”un “Habertürk” qəzetinə istinadən verdiyi məlumata görə, E. Abeyleqessenin 2007-ci ildə Dünya çempionatında 10 min metr məsafəyə qaçışda qazandığı gümüş medal, Pekin Olimpiadasında isə 5 min və 10 min metr məsafələrə qaçışda əldə etdiyi 2 gümüş medal geri alınıb. Digər atlet Q. Buludun isə 2011-ci ildən bəri bütün idman dərəcələri ləğv edilib.

DİGƏR XƏBƏRLƏR

Top