Xəyal dünyasında yaşayan yazar

Corc Oruell həyatın ən çətin sınaqlarından çıxmağı bacaran insanlardan biri idi. Yazıçının "1984" romanı Amerika ilə yanaşı, bütün dünyada məşhur və yüz il ərzində ən çox müzakirə olunan romanlardan sırasında olub, yazıldığı gündən bir çox əngəllərlə üzləşmiş, ilk vaxtlar hətta qadağan edilmişdir. İllər sonra isə yüksək qiymətləndirilmiş və yayımlanmağa başlamışdır. İndiki vaxtda bu kitab xüsusilə Amerikada lisey və universitetlərdə müəllimlərin nifrət dolu gənclərə tövsiyyə etdiyi əsərlərdən biridir. Bir çox gəncin qorxusu halına gələn roman eyni zamanda sadiq oxucu kütləsinə malikdir. Ədəbiyyat və akademik bilicilər bu kitab haqqında müxtəlif fikirlər söyləyir, bəzən tənqid edirdilər. Bəzən isə alim, professorlar "1984"ü az qala müqəddəs kitab kimi qəbul edir və Oruelin dahiliyi haqda nəticəyə gəlirdilər. Ancaq "1984" romanının adını tələffüs etdikdə bəzi tənqidçilər Orueli fanatik və təbliğat yazarı, əsəri isə dəyəri çox şişirdilmiş roman adlandırırdılar.

Ümidsiz bir hekayə

Dopdolu bir həyatın sənətlə birləşdiyi bir dünya. Gerçəyi - saxta xoşbəxtlikdən üstün tutan və nə bahasına olursa-olsun arxasını buraxmayan bir adamın nəfəs kəsən hekayəsi...

Mənasız, içi boş, kommunizm əleyhdarı bir təbliğat kitabı. İşgəncəyə, döyüşə və ölümə belə baş tutan eşq, dostluq, vətən sevgisi, idealizm kimi sifətləri təkrar-təkrar düşünməyimizi təmin edən, ayağımızın altındakı o xalçanı bir anda çəkən bir "real-kabus".

Bütün bunların içində doğru yolu tapmanın və əsərin qiymətini anlayanda fikir bildirmənin tək bir yolu vardır: bu əsəri yazanı anlamağa çalışmaq. Yəni Oruelin ən çox məşhur kitabı olan "1984" onun yaşadığı həyatdan dərin izlər daşıyır.

Corc Oruel nələr gördü, nələrə şahid oldu axı "1984" kimi qaranlıq bir ölüm əsərini yazdı? Uşaqlığından bəri yalnız bir kənarda müşahidə və başında yaratdığı xəyal dünyasında yaşayan zəif, zərif bədənli bir uşaq necə oldu axı özünü İspaniya vətəndaş müharibəsinin ön cəbhəsində atdı. Ölümündən iki gün əvvəl vəsiyyətini dəyişdirən Oruell heç bir şəkildə bioqrafiyasının yazılmasını istəmədiyini ifadə etdi. Lakin əlimizdə hələ oxuya biləcəyimiz gündəliklər, məktublar və bir çox yoldaşının xatirələrindən ibarət mətnlər mövcuddur. Yenə də onun həyatının ən möhkəm izləri romanlarında qorunub. Saxtakarlığın universal səviyyədə suveren olduğu dövrlərdə, gerçəkləri söyləyən inqilabçı bir hərəkətdir.

"Təqaüdlü şagird kabusu" - Paris və Londonda qara qəpiksiz

Əsl adı Erik Artur Bler olan Oruell 25 İyun 1903-ci ildə ingilis müstəmləkəsi altında Motixari Hindistanda doğulub. 5 yaşında anası ilə İngiltərəyə dönən Oruell 1912-ci ilə qədər atasını az qala heç görə bilməmişdi. Atası müstəmləkə altında Hindistanda bir dövlət xidmətçisi idi. Az pulla daha rahat yaşaya bilmək üçün burada yaşamağa qərar vermişdilər. Lakin Oruelin atası musson küləyinin oğluna çox pis təsir etdiyini görüb Orueli anası ilə İngiltərəyə göndərdi və yazarın "təqaüdlü şagird kabusu" başladı. Hələ səkkiz yaşında ikən ilk internat məktəbinə təqaüdlü olaraq başladıqdan qısa müddət sonra vaxtının çox hissəsini tək keçirməyə başladı. Məktəb direktoru və arvadı son dərəcə möhkəm bir intizamla məktəbi idarə edirdilər. Beləliklə, balaca Erik diktatorluqla əslində ilk bu məktəbdə tanış oldu və nifrət etdi. "1984"ün ana qəhrəmanı Uinston "sərhədsiz bir gücün altında əzilərək davamlı özünü bağlanmış hiss kimi" deyirdi. Romanda əsas xarakter səssizcə də olsa üsyan etməyə çalışırdı. Xəstəxananın yatağını islatdığı bir gün başına gələnləri "Bu da o günlər" adlı yazısında qeyd edir. Oruell hər səhv etdiyi zaman ətrafındakılar ona təqaüdlü bir şagird deməklə alçaldırdılar. Bunları eşitdikcə yoldaşlarından birdəfəlik uzaqlaşdı. Ağlında qurduğu xəyal dünyasında yaşayan yazar illər sonra bunları söyləmişdir:

"Uşaqlığım və yazılarım həyatımın 25 ili ərzində başımda heç bitməyən bir hekayə və xəyal dünyası kimi dönüb durdu. İlk xəyallarımda "Robin Qud"a bənzəyən bir qəhraman idim. Lakin macəralara atılırdım. Daha sonra isə həyatımın "diqqətli müşahidə" dövrü başladı. Bu dövrdə ətrafımdakı hər şeyi detalıyla müşahidə, şərtləri və durumu ola bildiyim qədəri ilə ardıcıl şəkildə kağıza keçirmək əsl hədəfim idi".

Burada yenə dərhal ağlımıza romanın baş xarakteri Uinston gəlir. Uinston görünüşcə totalitar partiyanın əmrlərini yerinə yetirən səssiz bir müşahidəçi kimi görünsə də beyninin içində partiyaya qarşı cinayət işləyib dururdu və xəyalında tam fərqli şeylər düşünürdü.

Oruell dərslərində müvəffəqiyyətlidir və İngiltərənin ən prestijli məktəblərindən olan Eton Kollecini tam təqaüdlə qazanmışdı. Kollecdə qısa bir müddət fransız dərsləri aldığı da məlumdur.

Məzun olduqdan sonra Burmaya gedib yerli təhlükəsizlik gözətçilərinə qatıldı, burada insanlara edilən pis rəftarı əsla unutmadı. Hər cür totalitar və təzyiqçi düşüncədən açıq-açıq nifrət etməyə başladı, o günlərdən təsirlənərək yazdığı "Burma günləri" adlı kitabı ən əhəmiyyətli əsərlərindən biridir.

Yazar o günləri belə izah edir: "Burmadaki kiçik Moulmein şəhərində belə geniş insan izdihamları məndən nifrət edirdi. Nifrət və qorxu ... İnsanlar mənə yalnız bu iki duyğuyla baxırdı".

Kollecdən sonra maddi çətinliklər üzündən digər yoldaşlarının əksinə universitetə gedə bilməyən Oruell atasını məmnun etmək üçün çətin işlərə belə baş vururdu. Gələcəkdə müvəffəqiyyətli bir yazar olmağı planlayan azad ruhlu və xəyalpərəst bir insana xarici bir ölkədə Britaniyanın bayrağı və əmri altında asayişi qorumağa çalışmaq olduqca çətin görünə bilərdi. Oruell polisdən və təmsil etdiyi hər şeydən bezmişdi. Kömək etməsi lazım olan insanlardan və bütün iyrənc şeylərdən nifrət edirdi. Özünü təcrid edilmiş, tərk edilmiş hiss edən Oruellin bu dövrünü "1984"ün hələ ilk səhifələrində tapmaq mümkündür. Partiya üçün işləmək məcburiyyətində olan və bundan utanan əsl adamımız; Oruell-in Birmada keçirdiyi günlərinin əks olunmasıdır. Müəllif burada ilk dəfə vətəndaşa, xalqa işgəncə edildiyini, sorğu-sualsız həbs olunduğunu və insan həyatının nə qədər dəyərsiz olduğunu ən ön sıradan seyr edir.

Birmada yoluxucu və qızdırmalı bir xəstəliyə tutulan Oruell ölümdən dönəcək və qısa müddət sonra polisliyi buraxıb həyatını yazmağa başlayacaqdı. Həyatı boyunca yaxasını buraxmayan ağciyər xəstəliklərinin toxumları Birmada atılmış və sağlamlığı geri dönülməz şəkildə pozulmuşdur. Atası isə vəzifəsini tərk etdiyi üçün onu əsla əfv etməyəcəkdi. Oruell xəstə yatağında yatarkən davamlı Cek Londonun kitablarını oxuyardı. London romanlarını yazmaq üçün kasıbların arasında, yetimlər evində süründüyünü və küçələrdə yatdığını öyrənincə bundan çox təsirləndi. Dükandan geyinilmiş bir pencək və yamaqlı bir palton alaraq uzun bir səfərə çıxdı. Bu dövrdə bir çox qeyri-adi işlərdə çalışdı. London və Parisdə məhdud imkanlarla yaşadığına görə, jurnalistliyə qədər hər işi edərək dolanışığını təmin edirdi. Bu günləri izah etdiyi "Paris və Londonda qara qəpiksiz" adlı əsərini yazdı. Oruell az qala beş il ərzində kasıb insanlarla birgə və qocalar evində yaşayaraq əvvəl İngiltərəni, sonra Fransanı qət etdi. Burada qəzetlər oxuyurdu. Ancaq pulsuzluqdan, ümidsizlikdən bədən müqaviməti zəifləmişdi. Dostları onu kasıb və köməyə möhtac insanlar üçün Fransada açılmış bir vərəm sanatoriyasında tapdıqlarında az qala öləcək halda idi. Bu dövrdə hər zaman anlamağa çalışdığı alt siniflərlə (kasıb təbəqə) yaxın əlaqələr qurdu. Gələcəkdən heç bir ümidi olmayan insan izdihamının qarşısında ilk dəfə aclığı və boşluğu dadan Oruell, hər an dəyişir və inkişaf edirdi.

Bütün dünya onu bu adla tanıyacaq - Corc Oruel

Erik Bler olan yazar "Paris və Londonda qara qəpiksiz" kitabının çapından dərhal əvvəl özünə bir təxəllüs ad tapır. Bundan sonra bütün dünya onu bu adla tanıyacaq - Corc Oruell. Erik Bler məktəbdəki yalnız və itilmiş kiçik uşaq idi. Daha sonralar bu uşaq böyümüş və Birmada qürur bilmədiyi işlərdə çalışmışdı. İndi Erik Bler sanki yox olmuş və bir iddiası və məqsədi olan Corc Oruel ortaya çıxmışdı. "Corc" o illərdə monarxiyanın başında duran klassik bir ingilis adı, "Oruell" çay adı idi. Bu çayı isə İngiltərənin ən dolğun və sakitləşdirici çaylarından biri, yazarın ən sevdiyi yerlər olub.

"Faşizmə qarşı döyüşməyə gəldim"

Sonda İngiltərəyə dönən Oruell nəhayət sevə biləcəyi bir işlə - dərs verməyə başladı. Lakin zəif müqaviməti ona rahatlıq vermirdi. Yağışlı bir gün velosiped gəzintisindən sonra sətəlcam oldu. Uzun müddət xəstəxanada qaldıqdan sonra müəllimliyə davam edə bilmədi. Bir müddətdən sonra bir kitabçıda çalışdığı vaxt bir yoldaşının tövsiyəsi ilə kütləvi nəqliyyat vasitələrini istifadə edərək az qala İngiltərəni başdan-başa qət etdi və Mançestirə çatdı. Buralarda dərnəklərdən birinə sığınan Oruell yalnız bunları kitabını araşdırmaq üçünmü, yoxsa doğrudan pulu olmadığı üçünmü etdiyi bu gün də sirr olaraq qalır. Özü illər sonra "Mançestirə banklar bağlandıqdan sonra çatmışdım" demişdir. Mənasını da açıqlamamışdı. Qısa müddət sonra təkrar ailəsinin yanına dönər və evlənər, amma bu arada faşist Franko rejimi İspaniyada hər gün daha çox güc qazanmaqda və İspan ziyalılarının kömək istəyən qışqırıqları London küçələrində eşidilməkdə idi. Oruell İspan daxili savaşında iştirak etməyə qərar verir. Oruell kimi bir çox çağdaş avropalı yazıçı, şair və sənətçi də belə etmişdir. Barselonaya getmədən əvvəl son gün Parisdə Henri Millerlə yemək yeyir və daha sonra birliyə qoşulur. İlk sözü "Faşizmə qarşı döyüşməyə gəldim" olmuşdur. Burada yaşadığı sevinclər və ağrılar həyatı boyunca onu təqib edir. Xatirələrini "Kataloniyaya Salam" adlı kitabıyla əbədiləşdirir. Arvadı sonra İspaniyaya gəlir. Daxili müharibə dövrünün ən qanlı çarpışmalarının göbəyinə düşən Oruell qruplar arası anlaşılmazlıqlar üzündən o cəbhədən bu cəbhəyə səfeh adam kimi dövran edir. Təəssüf ki, müqavimət həll edilməyə başlamışdı. Eyni qrupun içində olmalarına baxmayaraq, hər gün öz aralarında Marksist İşçilər Qrupu, Anarxist Birlik Qrupu kimi kiçik qruplara ayrılan inqilabçılar həm öz aralarında, həm də düşmənlə anlaşa bilmirdilər. Oruell işçilərin marksist qrupuna qatıldı. Qeyri-kafi sursat və pis şərtlər üzündən xalq və xalqın bu könüllü əsgərləri Frankonun çəkməsinin altında əzilir, amma təslim olmurdu. Sonda bir gün kəskin bir nişançı Oruellin tam boğazından vurdu. Güllə ana damarı sıyırdığı üçün son anda həyatını qurtara bildilər. Təəssüf ki, səs telləri zərər gördü və uzun sürən ağrılı bir elektrik müalicəsi görmək məcburiyyətində qaldı. Qurup ağır yaralı Oruelli geri göndərməyə qərar verdi. Amma tam bu sırada Oruellin bağlı olduğu Marksist qrup bütün ölkədə qeyri-qanuni elan edildi. Kimsənin kömək etmədiyi bu insanların çoxu Franko rejiminin qaranlıq səhifələrində itib getdi. Oruell sənətçilərin, şairlərin və ən əhəmiyyətlisi dostlarının həbs olunduğunu və öldürüldüyünü çarəsizcə xəstə yatağından seyr etmək məcburiyyətində qaldı. Ən yaxın dostların xəyanətini gördü. Həbs olunan yoldaşlarına kömək etmək üçün həm arvadı, həm özü gizləndikləri yerdən çıxdılar və onu qurtarmağa çalışdılar. Sonunda təzyiq o qədər böyüdü ki, bir gecə vaxtı qatarla İspaniyanı tərk etmək məcburiyyətində qaldılar. Oruellin xəyalları yıxılmış, idealist düşüncələri beynində ölü bir an kimi donub qalmışdı. Ən yaxın yoldaşları zindanlarda idilər. Bir qismi oradan sağ çıxmağı bacarmayacaqdı bəlkə də. Oruell yığışmaq üçün döndüyü İngiltərədə ağır bir vərəm xəstəliyi ilə təkrar xəstəxanaya qaldırıldı. İkinci dünya savaşına qədər əslində Oruell bütün ümidini hələ itirmədi, amma döyüş sonrasında gördükləri və duyduqları onun çox qısa müddətdə heyvan cütlüyündən yazması ilə nəticələndi. Daha əvvəl yazıları, kitabları rədd edilən və bəyənilməyən Oruell bir anda şöhrətə sahib oldu. O zamanlar haqqında xəbərdar etdiyi qorxunc şeylər hələ olmamışdı. Buna görə insanlar ona "kommunist" dedilər. İllər sonra kommunizmə, faşizmə, totalitar hər sistemə sıx nifrətini əks etdirən "1984"ü yazmağı tamamladığında bu səfər gizli xidmətdən bu kitab üçün pul almaqla günahlandırıldı. İngilis gizli xidmətinin Corc Oruelin kommunizm əleyhdarı bu kitabı yazması üçün pul təklif etmələri bir danışıqdan ibarətdir. Həyatı boyunca bir çox əhəmiyyətli əsərə imza atmışdır, amma Oruellin ən əhəmiyyətli romanı, eyni zamanda ən bilinən romanı olan "1984"dür.

Min dördyüz səksən dörd

Oruell, təzyiqçi bir sistemin həyatınızın hər saniyəsinə nəzarət etdiyi bir kabusu izah edir. Əvvəl xalq qorxudulur və olmayan səbəblərdən döyüşlər çıxardılır. Dövlət öz xalqının əzmi üçün onlara hücum edir və günahı uzaqdakı naməlum bir ölkəyə atır. Döyüşün gətirdiyi fəlakətdən sonra qurulan mədəniyyət təzyiqlə hər şeyə nəzarət edir. Dünya 3-ə bölünür və döyüşdə olduqlarını zənn etdikləri ölkə haqqında heç bir şey bilmirlər. Bu ölkə həqiqətən varmı, o belə müəyyən deyil. Avrasiyaya qarşı döyüşürlər. Hər səhər ölkənin hər yerində hipnoz edən görünüşlərlə "nifrət seansları" edilir. İnsanlar sıra paltarlarının içində nifrətlə ekrandakı qıyıq gözlü xarici əsgərlərə lənət edirlər. Bilmədikləri bir dildə danışan bu barbarlar səbəbini bilmədən nifrət edirlər. Gerçək düşmən çox daha yaxınlarda bir yerdədir, amma bunu düşünmək kimi bir şansınız belə yoxdur. Saqqallı, tünd bədənli ərəblərin intihar bombaçısı olma ehtimalına qarşı hər gün polis idarələri ərəb əsilli qonşularını şikayət edən vətəndaşlarla dolu olurdu. Şübhələnilən şəxs əksəriyyətlə dərhal müşahidə altına alınır, əgər günahsız tapılsa sərbəst buraxılır. Amma əvvəl bütün xəbərlərdə və qəzetlərdə rəsmi nümayiş olunurdu. "Terrorist olma ehtimalı olan bir Orta şərqli müşahidə altına alındı" başlığıyla yazılar tirajlanırdı. Qorxu ... işin sirri qorxutmaq. Hər nə olursa olsun xalqı daim qorxu içində gözlədin. Buraxın titrəsinlər və əsla toxunmadıqları maskalı düşmənlərdən nifrət etsinlər. Kitabda okeanlıların düşmən olaraq bildikləri tərəf hər an dəyişə bilir. Əslində davamlı dəyişir. Bir gün dost olduqları halda sabah birdən düşmən ola bilirlər. Media tamamilə senzuranın əsiri olduğu üçün hər şey sistemin təsdiqindən keçir. Gerçək belə olmayan, amma insanları öldürən bir döyüşün sahilində yoxluğun pəncəsində yaşayırlar. "1984" siyasi oyunların seyr dəftərini illər əvvəl çəkib. Göz atıb baxmaqda fayda var.

Tərcümə etdi: Ruzbeh Məmməd

Yazı internet matrealları əsasında hazırlanıb.

DİGƏR XƏBƏRLƏR

Top