"Barselona" klubu Lionel Messinin 4 oyunluq cəzalandırılmasına etirazını bildirib

İspaniyanın "Barselona" klubu FİFA tərəfindən Lionel Messinin 4 oyunluq cəzalandırılmasına etirazını bildirib. Kataloniya təmsilçisi bunula bağlı rəsmi saytı vasitəsilə bəyanat yayıb. "Barsa" hesab edir ki, komandanın 30 yaşlı kapitanı barədə çıxarılmış qərar ədalətli deyil: "Klubumuz FİFA İntizam Komitəsinin Messi barədə qərarını təəccüb və hiddətlə qarşılayır. "Barselona" olaraq, 4 oyunluq cəzanı ədalətsiz və tamamilə qeyri-proporsional hesab edir, əxlaq baxımından həm meydanda, həm də ondan kənarda nümunə olan Messiyə öz dəstəyimizi bildiririk".

Qeyd edək ki, Lionel Messi Çilini 1:0 hesabı ilə məğlub etdikləri 2018-ci il dünya çempionatının Cənubi Amerika zonası üzrə seçmə matçının 16-cı dəqiqəsində şübhəli penaltini qola çevirib. Oyundan sonra isə o, braziliyalı baş hakim Sandro Rikkiyə yüksək tonda iradlarını bildirib. Bu epizod görüşün yayımı zamanı da öz əksini tapıb. FİFA hakimlər briqadasına sorğu göndərsə də, ədalət təmsilçilərinin hamısı onlara qarşı təhqirin olmadığını iddia ediblər. Bununla belə, ali futbol qurumu 30 yaşlı hücumçunu 4 oyunluq cəzaya, 10 min İsveçrə frankı məbləğində cəriməyə məruz qoyub. Cəza yalnız Argentina yığmasının rəsmi oyunlarına şamil olunur.Report

DİGƏR XƏBƏRLƏR

Top