"Danışıqların davam etdirilməsi münaqişə zonasında atəşkəsə riayət edilməsindən asılıdır"

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların davam etdirilməsi üçün atəşkəs rejiminə əməl edilməlidir. "Yeniavaz.com"un panarmenian.net-ə istinadən verdiyi məlumata görə, bunu Dağlıq Qarabağda səfərdə olan ATƏT Minsk Qrupunun Fransadan olan həmsədri Stefan Viskonti mətbuata açıqlamasında deyib. Danışıqların gedişinə toxunan fransalı həmsdr bu prosesin davam etdiyini və tərəflər arasında səmərəli dialoqun baş tutduğunu qeyd edib: "Bu elə bir məsələdir ki, onun mahiyyətindən heç də hamının xəbəri yoxdur. Əlbəttə, biz də danışıqların detalları barədə məlumat verə bilmərik. Çünki bu danışıqlar konfidensial formada keçirilir. Ancaq bu o demək deyil ki, bölgədə münaqişənin aradan qaldırılması məsələsində iş getmir. Danışıqların bərpa edilməsi üçün qoşunların təmas xəttində atəşkəsə əməl edilməli və tərəflər problemin həllində kompromisə getməyi bacarmalıdırlar".

Viskonti qeyd edib ki, tərəflər arasında razılıq əldə ediləcəyi təqdirdə Fransa Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etməyə hazırdır.

DİGƏR XƏBƏRLƏR

Top