Aliment ala bilməyən qadın məhkəmələrdə qalıb

Bayramova Gülnar Mustafa qızı 2010-cu ildə ingəçevirdə Mustafayev Anar Ümidvar oğlu ilə ailə həyatı qurub. Ancaq yaranan ailədaxili problemlər ucbatından 1il sonra ailə dağılıb. Bu izdivacdan bir uşaqları da var. Artıq uşağın 6 yaşı var. Lakin bu günə qədər Gülnar xanım uşaq üçün aliment ala bilməyib. Məhkəmənin qərarı ilə Anar həbs olunsa da, işsizliyi səbəb gətirərək aliment ödəməkdən boyun qacırıb. Gülnar xanım onu da bildirir ki, 6 ildir valideynlərinin yanında qalır. Hazırda onlar da işsizdilər. Ünvanlı sosial yardım almaq üçün dəfələrlə müraciətl edilməsinə baxmayaraq, bu məsələ də öz həllini tapmayıb. G. Bayramova övladının dil qüsuru olduğuna görə onu yaşı çatsa da, məktəbə apara bilmədiyini deyir. O, bildirir ki, öhdəsində azyaşlı və xəstə övladı olduğu üçün heç bir yerdə işləyə də bilmir. 6 ildir aliment almaq üçün məhkəmə qapılarında sürünən qadın, artıq taqəti qalmadığını deyir. Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top