Mingəçevirdə yol qəzası: 2 avtomobil toqquşub - FOTOLAR

Bu gün səhər saatlarında Mingəçevir M. Maqomayev prospektində iki avtomobilin toqquşması nəticəsində yol qəzası baş verib. "Yeniavaz.com" xəbər verir ki, qəza zamanı hər iki avtomobilə ziddi ziyan dəyib. Xəsarət alan olmayıb. Hadisə ilə əlaqədar araşdırma aparılır. Polis bölməsindən verilən məlumata görə, qəzanın dəqiq səbəbləri aparılacaq araşdırmadan sonra bəlli olacaq.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top