ABŞ-ın iş adamları Ermənistanın sərmayə imkanları ilə maraqlanırlar

ABŞ-ın Beynəlxaql İnkişaf Agentliyi (USAİD) Ermənistanla əməkdaşlığa öz töhfələrini verməkdə davam edir. "Yeniavaz.com"un 1in.am-a istinadən verdiyi məlumata görə, bunu mətbuata açıqlamasında ABŞ-ın Ermənistandakı səfiri Riçard Millz deyib: "1992-ci ildən başlayaraq USAID Ermənistan vətəndaşlarının sosial-maddi həyat şəraitinin yaxşılaşması üçün onlara 1,1 milyard dollar ayırıb. USAİD-in Ermənistanda həyata keçirdiyi layihələr bir çox sahələrdə, o cümlədən informasiya texnologiyaları sektorunda ciddi dəyişikliklərə səbəb olub. Bu layihələrin həyata keçirilməsi Ermənistanda turizmin inkişafında, su ehtiyatlarının səmərəli şəkildə idarə edilməsində, vətəndaş cəmiyyətinin formalaşdırılmasında mühüm rol oynayıb".

Millzin sözlərinə görə, ABŞ-Ermənistan münasibətləri hazırda ticari-maliyyə sahəsində yardımdan sərmayə qoyuluşu mərhələsinə keçməkdədir: " Hazırda amerikalı iş adamları daha çox Ermənistanın sərmayə imkanları ilə maraqlanırlar. Bunu son iki ildə ABŞ-dan olan iş adamlarının Ermənistan iqtisadiyyatına 500 milyon dollar sərmayə qoyması da sübut etməkdədir. Bizim iş adamlarımız son aylarda bərpa edilən enerji, aqrobiznes, informasiya texnologiyaları sahələrinə sərmayə qoyulması imkanlarını araşdırırlar".

DİGƏR XƏBƏRLƏR

Top