"Yeni Bakı" şəhərciyinə hansı qüvvə "Azərişıq"ı yaxın buraxmır? - İTTİHAM

"Dəfələrlə bu məsələ barəsində məktubla "Azərişıq ASC"ə müraciət etməyimizə baxmayaraq, dövlətin rəsmi qurumu ya bizə lazımi səviyyədə cavab vermir, ya da məsələni həll etməkdə hələ də maraqlı görünmür". "Yeniavaz.com" xəbər verir ki, bu barədə məlumatı kompleksdə yaşayan sakinlər sosial şəbəkədə paylaşıblar.

"Yeni Bakı" şəhərciyinin sakinləri olaraq "Azərişıq"a dəfələrlə müraciət edərək bizim mənzillərimizi fərdi abonent kimi qeydə almağı xahiş etmişik. "Azərişıq" və onun rəsmiləri isə şəhərciyi inşa edən "İlin Dörd Fəsli" MMC ilə müxtəlif razılaşlara gedərək, sakinləri fərdi abonent kimi tanımaqdan imtina edir. Məhz bunun nəticəsidir ki, "İlin Dörd Fəsli" MMC şəhərcik sakinlərindən elektrik pullarını yığır və istədiki şəkildə ya bu pulu "Azərişıq"ın büdcəsinə ödəyir, ya da mənimsəyir. Bəli, düz başa düşdünüz, mənimsəyir. Əgər belə olmasaydı, artıq şəhərciyin "Azərişıq"a 202 min AZN borcu yaranmazdı. Sual yaranır, əgər "Azərişıq" bu məsələlərə havadarlıq etməkdə maraqlı tərəf kimi çıxış etmirsə, niyə şəhərcik sakinlərini fərdi qaydada abonent kimi tanımaqdan hələ də imtina edir? Yox əgər tanımaqda maraqlıdırsa, niyə borc bu qədər şişir və tez-tez şəhərciyin işıqları kəsilir və əksər hallarda səhərdən kəsilən işıqlar gecə yarısına qədər yandırılmır",-deyə sakinlər bildiriblər.

"Dünən - 28.03.2017-ci il tarixində saat 14:00-dan 21:00-dək "Azərişıq" ASC borca görə "Yeni Bakı" yaşayış kompleksinin işıqlarını söndürmüşdü. 200 nəfərə yaxın sakin öz etirazlarını bildirmək üçün həyətə toplaşmışdılar. Abşeron Rayon Polis İdarəsinin əməkdaşları, rayon bələdiyyə rəsmiləri, Rayon İcra Hakimiyyəti başçısının müavini, Masazır kənd icra nümayəndəsi və bir sıra rayon rəsmiləri məsələni yoluna qoymağa çalışdılar. Şəhərciyin komendantı Ehtiram Yusifovla və İDF MMC-nin rəsmisi Sergeylə əlaqə saxlaya bilməyən Abşeron rayon rəsmiləri, sonda öz şəxsi əlaqələrini işə salaraq, şəhərciyin işıqlarını yandırmağa nail olublar. Axı hansı qüvvə "Azərişıq"ı şəhərciyə yaxın buraxmır? Yəqin rəsmi qurumlar bu məsələyə daha biganə qalmayacaq və sakinlərin bu həyəcanına son qoyacaqlar",-deyə sakinlər vurğulayıblar.

DİGƏR XƏBƏRLƏR

Top